Digər
Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölənlər var
Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd Piranşəhr (Xana) bölgəsində SEPAH qüvvələri ilə kürd silahlı qruplaşmasının üzvləri arasında qarşıdurma olub.
Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
Məlumata görə, qarşıdurma zamanı 5 silahlı öldürülüb.
Onların Kürdüstan Demokrat Partiyasının üzvləri olduğu bildirilib.
Bu, son bir həftə ərzində İraqla həmsərhəd Qərbi Azərbaycan və Kirmanşah əyalətlərində baş verən üçüncü oxşar hadisədir.
Mənbə
axar.az