Digər

Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi

02 Jul 2026, 17:25 2 baxış
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi

Rusiyada Ukraynanın ilk dəfə döyüş şəraitində öz istehsalı olan ballistik raketdən istifadə etmiş ola biləcəyinə işarə edilib. Rusiya Müdafiə Nazirliyi HHM qüvvələrinin uzaqmənzilli operativ-taktiki raketi vurduğunu bildirib.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


Nəşr Rusiya Müdafiə Nazirliyinin son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin guya bir “uzaqmənzilli operativ-taktiki raketi”, həmçinin yeddi idarə olunan aviasiya bombasını və təyyarə tipli 602 pilotsuz uçuş aparatını vurduğuna dair bəyanatına istinad edib.


Rusiya qurumu raketin tipini açıqlamayıb və əlavə təfərrüat təqdim etməyib. Ukrayna da ballistik raketdən istifadə olunduğunu ictimai şəkildə təsdiqləməyib.


Nəşr qeyd edib ki, bu bəyanat Ukraynanın müdafiə şirkəti “Fire Point”in FP-9 ballistik raketinin uçuş sınaqları mərhələsinə yaxınlaşdığını açıqlamasından sonra səsləndirilib.


Şirkətin baş konstruktoru Denis Ştilerman iyun ayında bildirmişdi ki, raketin sınaqları onun mühərriki üzərində işlər başa çatdıqdan sonra bu yay və ya payızın əvvəlində başlaya bilər. “Fire Point”in məlumatına görə, FP-9 Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirmək üçün nəzərdə tutulub və təxminən 850 kilometr uçuş məsafəsinə malikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər