İdman
Əfsanəvi ağır atlet öz evində tullantlılar içində öldü - FOTO
1966-cı il Birlik Oyunlarında Uelsə qızıl medal qazandıran və iki Olimpiadada çıxış edən əfsanəvi ağır atlet Kum Venq Çunq öz evində faciəli şəkildə həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri yayıb. İstintaq materiallarına əsasən, Plyuşkin sindromu (patoloji yığıcılıq) xəstəliyindən əziyyət çəkən 80 yaşlı keçmiş idmançı pozisional asfiksiya səbəbindən həyatını itirib. Çunqun cəsədi əşyalar, kitablar və paltarlarla dolu qonaq otağında özü düzəltdiyi çarpayıda tapılıb. Tibbi ekspertizanın nəticəsinə görə, kişi mebel arasındakı dar boşluğa yıxılıb və köməksiz vəziyyətdə qalaraq oradan çıxa bilməyib. Meyitdə hər hansı zorakılıq izlərinə rast gəlinməyib. Malayziyaəsilli Çunq 1960-cı illərdə Böyük Britaniyaya köçüb, avtobus sürücüsü işləyib və "Day" təxəllüsü ilə yerli ictimaiyyətin sevimlisinə çevrilib. Anası vəfat etdikdən sonra məşhur idmançı depressiyaya düşüb, həmçinin qumar oyunlarına aludə olub. Nəticədə mənzilini itirən atlet dostuna məxsus evdə ödənişsiz əsaslarla yaşamağa məcbur qalıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az