Digər
İrəvanda casus qalmaqalı: Erməni polkovnik həbs edildi
Qondarma “dqr” “ordusu”nun 5-ci müdafiə bölgəsinin komandir müavini, polkovnik Edik Maloyan İrəvanda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Maloyan dövlət sirlərini açıqlamaqda ittiham olunur.
“Hərbi hissənin komandiri E.Maloyan dövlət sirlərinə çıxışı olmadığı üçün müvafiq çıxışı olan zabit R.J.-ni məxfi məlumatları ona ötürməyə inandırıb. Daha sonra o, aldığı məlumatı dərc edib. Hər iki təqsirləndirilən şəxs hazırda həbsdədir”, - məlumatda deyilib.
Qeyd edək ki, Maloyan 2016-cı il Aprel döyüşləri və 2020-ci il 44 günlük müharibədə iştirak edib.
Mənbə
axar.az