Digər

SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian

02 Jul 2026, 00:14 2 baxış
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian

Ehtiyac yaransa, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) 100 milyon barrel neft ayıra bilərik.


Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.


"Silahlı qüvvələrin müdafiəsi mənim vəzifəmdir və mən onları bütün gücümlə dəstəkləyəcəm", - Pezeşkian vurğulayıb.


Qeyd edək ki, onun bu çıxışına səbəb iyunun 19-da bir sıra beynəlxalq KİV-lərdə hökumətə məxsus 20 milyon barrel xam neftin hərbi potensialın, xüsusilə Hava-Kosmik Qüvvələrinin təchizatı və maliyyə imkanlarını gücləndirmək məqsədilə SEPAH-a təhvil verilməsi barədə məlumatın yayılmasıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər