Digər

ABŞ helikopteri Ərəbistan dənizində qəzaya uğradı

02 Jul 2026, 00:50 2 baxış
ABŞ helikopteri Ərəbistan dənizində qəzaya uğradı

ABŞ hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının X sosial media platformasında məlumat yayılıb.


Helikopterin “USS Corc H.W.Buş” (CVN 77) aviadaşıyıcıya təyin edilmiş “MH-60S Sea Huk” olduğu müəyyən edilib.


"Fövqəladə vəziyyətin düşmən hərəkətləri nəticəsində baş verdiyinə dair heç bir əlamət yoxdur. Helikopter heyətinin dörd üzvündən üçü xilas edilib, vəziyyətləri stabildir. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda itkin düşmüş digər bir heyət üzvünü axtarır. Hadisənin səbəbi araşdırılır”, - deyə bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər