Cəmiyyət

Bakı-Quba yolunda ağır qəza baş verib, ölən və yaralananlar var

02 Jul 2026, 00:48 1 baxış
Bakı-Quba yolunda ağır qəza baş verib, ölən və yaralananlar var
Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər