Digər

ABŞ-dan Meksika və Kanadaya pis xəbər

01 Jul 2026, 23:33 1 baxış
ABŞ-dan Meksika və Kanadaya pis xəbər

ABŞ Kanada-Meksika Ticarət Sazişini (USMCA) yeniləməmək qərarına gəlib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir məlumat verib.


O, ABŞ-ın müqaviləni imzalamağa hazır olmadığını bildirib.


Qrir balanssızlığı aradan qaldırmaq üçün bir sıra dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. ABŞ hakimiyyəti müqaviləni uzatmaq əvəzinə onun müddəalarını hər il nəzərdən keçirmək niyyətindədir.


Qeyd edək ki, iyun ayında ABŞ Prezidenti Donald Tramp razılaşmanı ləğv etmək üçün üstünlük verdiyi variantın olduğunu bildirsə də, onun müddətinin uzadılmasını istisna etməmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər