İqtisadiyyat

Sahil Babayev: "QDTİB kiçik və orta biznesi də maliyyələşdirməyi planlaşdırır"

01 Jul 2026, 12:08 1 baxış
Sahil Babayev: "QDTİB kiçik və orta biznesi də maliyyələşdirməyi planlaşdırır"
"Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda 500 milyon avroya yaxın məbləğdə layihə maliyyələşdirib". Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bankın Rəhbərlər Şurasının 28-ci illik toplantısından sonra jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan 1994-cü ildən sözügedən qurumla əməkdaşlıq edir: "Bu müddət ərzində Azərbaycanda ümumi dəyəri təxminən 500 milyon avroya yaxın olan müxtəlif layihələr bank tərəfindən maliyyələşdirilib. Həmin layihələr arasında yerli banklar vasitəsilə kiçik və orta biznesə ayrılan maliyyə dəstəyi ən mühüm istiqamətlərdən biridir. Həmçinin növbəti dövrdə Bankla əməkdaşlığımızın daha da genişləndirilməsi nəzərdə tutulur. Bank kiçik və orta biznesi də maliyyələşdirməyi planlaşdırır".
Mənbə oxu.az

Oxşar Xəbərlər