İqtisadiyyat

Dünya bazarında neft ucuzlaşdı

30 Jun 2026, 10:36 2 baxış
Dünya bazarında neft ucuzlaşdı
Dohada keçiriləcəyi gözlənilən İran-ABŞ danışıqlarının növbəti mərhələsi ərəfəsində neftin cüzi ucuzlaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.89 dollar (1.22%) ucuzlaşaraq bir barel üçün 72.26 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 1.16 dollar (1.6%) artaraq bir barel üçün 73.15 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.67 dollar (0.95%) azalaraq bir barel üçün 70.08 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.52 dollar (2.2%) artaraq bir barel üçün 70.75 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər