İqtisadiyyat
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəb sökülərək yenidən tikiləcək. Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Layihə çərçivəsində 624 şagird yerlik yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsi ilə bağlı 938 755 manat xərclənməsi proqnozlaşdırılır.
Mənbə
oxu.az