Digər

David Seliverstov "Caspian Capital Holding"in vitse-prezidenti vəzifəsinə təyin edilib - FOTO

29 Jun 2026, 17:50 1 baxış
David Seliverstov "Caspian Capital Holding"in vitse-prezidenti vəzifəsinə təyin edilib - FOTO
"Caspian Capital Holding"in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib. Bu barədə Oxu.Az-a "Caspian Capital Holding"in mətbuat katibliyindən məlumat verilib. Məlumatda bildirilir ki, təyinat "Caspian Capital Holding"in İdarə Heyətinin sədri Elxan Paşayevin qərarı əsasında həyata keçirilib. Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub. David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiyayönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
David Seliverstov "Caspian Capital Holding"in vitse-prezidenti vəzifəsinə təyin edilib - FOTO David Seliverstov "Caspian Capital Holding"in vitse-prezidenti vəzifəsinə təyin edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər