Digər

İrandan hücumlar üç dəfə artıb - İsrail

29 Jun 2026, 17:52 1 baxış
İrandan hücumlar üç dəfə artıb - İsrail

İsrail-İran qarşıdurmasının başlamasından sonra İrandan həyata keçirilən kiberhücumların sayı təxminən üç dəfə artıb.


Axar.az xəbər verir ki, bunu İsrailin Milli Kibertəhlükəsizlik Agentliyinin baş direktoru Yossi Karadi deyib.


Onun sözlərinə görə, 2025-ci ilin iyununda İsrailin İrana qarşı hərbi əməliyyatları ilə eyni dövrdə təxminən 1600 kiberhücum qeydə alınıb. Bu göstərici 2026-cı ilin eyni ayında 4800-ə yüksəlib:


“Hücumları həyata keçirən qrupların bir hissəsi yüksək peşəkarlığa malikdir. Ənənəvi hərbi münaqişələrdən fərqli olaraq, kiberməkanda atəşkəs anlayışı yoxdur və buna görə də bu sahədə təhdidlərə qarşı daim hazırlıqlı olmaq lazımdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər