Cəmiyyət

Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO

29 Jun 2026, 16:16 1 baxış
Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO
Bakının mərkəzi küçələrindən birinin - Sübhi Salayev küçəsinin bərbad vəziyyəti sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən və Səməd Vurğun küçəsini Zivərbəy Əhmədbəyov küçəsi, eləcə də Zabitlər Parkı ilə birləşdirən Sübhi Salayev küçəsi uzun müddətdir təmir olunmur. "Yolun 300-500 metrlik hissəsində onlarla çala-çuxur var. Bu da həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də nəqliyyat vasitələrinə ziyan vurur", - deyə şikayətdə bildirilib. Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu küçələrin asfalt örtüyünün dəyişməsi onların səlahiyyətində deyil. Nəsimi Rayon İcra Hakimiyyətində isə heç bir səlahiyyətli şəxslə əlaqə yaratmaq mümkün olmadı - zənglərimiz və mesajlarımız cavabsız qaldı.



Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO Nəsimi rayonunun mərkəzində yararsız küçələr: "Avtomobillərə ciddi ziyan dəyir" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər