Cəmiyyət

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

29 Jun 2026, 16:18 1 baxış
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

UNESKO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək.


Axar.az xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda deyib.


O bildirib ki, bu ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin, türk dövlətlərinin UNESKO yanında daimi nümayəndəliklərinin və türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə UNESKO-nun Parisdəki mənzil-qərargahında Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.


O vurğulayıb ki, bu təşəbbüslər ortaq mədəni yaddaşın möhkəmlənməsinə, türk xalqları arasında əməkdaşlığın daha da inkişafına və Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına mühüm töhfə verəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər