Digər
Putin müsahibəsini telesuflyor vasitəsilə verib - Video
Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsini telesuflyor vasitəsilə verib.
Axar.az xəbər verir ki, bu barədə “Meduza” saytı və “Faynənşl Tayms” nəşri məlumat yayıb.
Məlumata görə, Putin müsahibəsində səsləndirdiyi fikirləri suflyorun əvvəlcədən hazırladığı mətndən oxuyub və çıxışı zamanı da jurnalistə deyil, başqa istiqamətə baxıb.
Üstəlik, Putinin cəbhə xəttində baş verənlərlə bağlı açıqlaması, səsləndirdiyi rəqəmlər də onun müsahibəsini telesuflyor vasitəsilə verdiyi ehtimalını artırıb.
Mənbə
axar.az