Cəmiyyət

Metro "bənövşəyi xətt" üzrə yay qrafikinə keçir

29 Jun 2026, 15:24 1 baxış
Metro "bənövşəyi xətt" üzrə yay qrafikinə keçir
İyulun 1-dən Bakı Metropoliteninin "bənövşəyi xətt"ində yay qrafikinin tətbiqinə başlanılır. Xətt üzrə qatarların hərəkəti "Xocəsən" - "8 Noyabr" və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropliteni" QSC məlumat yayıb. Bildirilib ki, yay qrafikində qatarların "Avtovağzal" - "8 Noyabr" sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək: "Xətt üzrə davamlı monitorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq. "Bənövşəyi xətt" üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq". Linkə keçid edərək yay qrafiki üzrə "Xocəsən" stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər