Cəmiyyət
İtkin düşən yeniyetmənin meyiti evlərinin arxasında tapıldı
Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb.
14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə
axar.az
Oxşar Xəbərlər