Cəmiyyət
Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev
Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
"Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq", - müraciətdə bildirilib.
Mənbə
axar.az