İqtisadiyyat
Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb
"Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü Rasim Xammədov Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində deyib.
Onun sözlərinə görə, kriptoaktivlərə yalnız investisiya aləti kimi yanaşmaq düzgün deyil və bu sahə daha geniş ekosistemin tərkib hissəsi kimi qiymətləndirilməlidir. "Kriptoaktivlərlə bağlı metodoloji hazırlıqlar tamamlanıb, təkliflər təqdim edilib və sənədlərin razılaşdırılması prosesi davam edir", - deyə o bildirib. R.Xammədov qeyd edib ki, proses üç əsas istiqaməti əhatə edir: qanunvericilik bazasının formalaşdırılması, istehlakçı hüquqlarının, AML və kibertəhlükəsizliyin təmin edilməsi, həmçinin investorlar üçün etibarlı və şəffaf bazar mühitinin yaradılması. O əlavə edib ki, gələcəkdə kriptoaktivlərin tətbiq imkanları genişlənə bilər və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Mənbə
oxu.az