NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir
Finlandiyada nüvə silahının yerləşdirilməsinə Rusiya sərhədindən 147 kilometr məsafədəki "Rovaniemi" aviabazasından başlanıla bilər.
Axar.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
"Prezident Aleksandr Stubb ölkəyə nüvə silahının gətirilməsinə və saxlanılmasına icazə verən qanun dəyişikliklərini təsdiqləyib. Rusiya səfirliyi isə bildirib ki, hələlik ölkədə nüvə silahının yerləşdirilməsinə hazırlıq görüldüyünü göstərən birbaşa əlamətlər müşahidə edilmir. Lakin yaxın vaxtlarda həmin bazaya ABŞ-ın B61-12 nüvə bombalarını daşımaq qabiliyyətinə malik F-35A qırıcılarının təhvil verilməsi gözlənilir. Həmçinin Helsinki Fransanın himayəsi altında fəaliyyət göstərən nüvə çəkindirmə proqramına qoşulmaqda maraqlıdır. Bu proqrama artıq Norveç və Danimarka da qoşulub", - məlumatda deyilib.