Digər

İran Ekspertlər Məclisində qarşıdurma yarandı

29 Jun 2026, 12:35 1 baxış
İran Ekspertlər Məclisində qarşıdurma yarandı

Amerika və İran danışıqları ilə bağlı İran Ekspertlər Məclisinin üzvləri arasında ziddiyyət və qarşıdurma yaranıb.


Axar.az xəbər verir ki, bununla bağlı İran Ekspertlər Məclisinin katibliyi bəyanat yayıb.


88 nəfərlik Məclis üzvünün 62-nin imzaladığı bəyanatda bundan əvvəl Ekspertlər Məclisi adından yayılan bəyanatın “qeyri-ənənəvi” və “birliyə qarşı” olduğu vurğulanıb.


Həmçinin az sayda Məclis üzvünün imzaladığı bəyanatın Ekspertlər Məclisinin mövqeyini əks etdirmədiyi bildirilib.


Qeyd edək ki, bir neçə gün əvvəl Ekspertlər Məclisi adından yayılan bəyanatda Donald Tramp və Benyamin Netanyahudan qısas alınması, danışıqların dayandırılması, Müctəba Xameneinin göstərişlərinə əməl edilməsi tələb olunub və Hörmüz boğazının açılması strateji səhv adlandırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər