Digər

Rusiya qadağan etdi, İrəvan yeni bazarlar axtarır

29 Jun 2026, 11:22 1 baxış
Rusiya qadağan etdi, İrəvan yeni bazarlar axtarır

Ermənistan Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda yeni bazarlar axtarmağa hazır olduğunu bəyan edib.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya" qəzeti məlumat yayıb.


"Baş nazir Nikol Paşinyan Aİİ-dən ittifaqın gələcəyini müəyyənləşdirməyi tələb edib, İrəvan isə Avropa və digər regionlara ixracı inkişaf etdirməyə başlayıb. İş adamları mürəkkəb logistika və yüksək xərclər səbəbindən itkilərdən şikayətlənirlər. AB Ermənistana məhdudiyyətlərin təsirini aradan qaldırmağa kömək edəcəyini vəd edir və bu məqsədlə 34 milyon avro ayırıb", - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər