İqtisadiyyat

Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO

29 Jun 2026, 10:30 1 baxış
Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO
"Azərbaycanda rəqəmsal maliyyə ekosisteminin inkişafı üçün yeni imkanlar yaranıb. Bu imkanlar açıq bankçılıq təşəbbüsləri, ani ödəniş sistemi, AzQR infrastrukturu, xüsusi tənzimləmə rejimi (sandbox) və Prezident İlham Əliyevin təsdiqlədiyi 2027-2030-cu illər üzrə Maliyyə İnklüzivliyi Dövlət Proqramı ilə bağlıdır". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" tədbirində deyib. O bildirib ki, hazırda prioritet təkcə rəqəmsallaşma deyil: "Bizim məqsədimiz banklar, fintex təşkilatları, tənzimləyici qurumlar və bütün ekosistem iştirakçıları arasında güclü əməkdaşlıq mühiti formalaşdırmaq, innovasiyaları təhlükəsizlik və etibarlılıq prinsipləri ilə uzlaşdırmaq və vətəndaşlar üçün daha əlçatan, daha sürətli və daha dayanıqlı maliyyə xidmətləri təqdim eləməkdən ibarətdir". Edqar Abdullayev fintexlərin bankların rəqibi olmadığını vurğulayıb: "Fintexlər bankların rəqibi deyil. Biz - fintexlər bankların innovasiya tərəfdaşlarıyıq və güclü bank sektoru olmadan güclü fintex ekosistemi də formalaşa bilməz. Eyni zamanda, innovativ fintexlər olmadan bank sektorunun rəqabət qabiliyyətini uzunmüddətli qorumaq da çətinləşir. Azərbaycanımızın uğuru məhz bu tərəfdaşlığın güclənməsindən keçir".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO Edqar Abdullayev: "Fintexlər bankların rəqibi deyil, innovasiya tərəfdaşıdır" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər