İqtisadiyyat

Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

29 Jun 2026, 10:52 1 baxış
Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda neftin bahalaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.22 dollar (0.31%) bahalaşaraq bir barel üçün 72.21 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.27 dollar (4.3%) azalaraq bir barel üçün 71.99 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.63 dollar (0.91%) artaraq bir barel üçün 69.86 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.69 dollar (3.7%) azalaraq bir barel üçün 69.23 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər