Digər

Putin uğursuzluğunun girovuna çevrilib - Kəşfiyyat

29 Jun 2026, 09:00 2 baxış
Putin uğursuzluğunun girovuna çevrilib - Kəşfiyyat

Rusiya Prezidenti Vladimir Putin Ukraynada uğursuzluğunun girovuna çevrilib və eskalasiyanı daha da artırmağa çalışacaq, Rusiyaya müharibəni daha bir neçə il davam etdirmək imkanına malikdir.


Axar.az xəbər verir ki, bunu Polşanın Xarici Kəşfiyyat Agentliyinin rəhbəri, polkovnik Pavel Şota deyib.


Onun sözlərinə görə, Varşava üçün real hərbi təhlükə ilk növbədə Polşanı və NATO-nun şərq cinahı ölkələrini öz imperiya məqsədləri qarşısında maneə hesab edən Rusiyadan qaynaqlanır:


"Moskva müharibəni qələbə ilə başa çatdırmaq naminə vətəndaşlarının rifahını və öz iqtisadiyyatını qurban verməyə hazırdır, Putin üçün bu, artıq şərəf məsələsinə çevrilib. Ukraynada baş verənləri və Rusiyanın müharibədə hazırda uğur qazana bilmədiyini nəzərə alsaq, Moskvanın vəziyyəti daha da gərginləşdirə biləcəyi ilə bağlı əlavə narahatlıq yaranır. Hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya Polşaya qarşı təxribatlar törədə biləcəyi ssenarilər nəzərdən keçirilir".

Mənbə axar.az

Oxşar Xəbərlər