Digər

Ankoricdə heç bir sənəd imzalanmayıb - Putin

29 Jun 2026, 01:43 2 baxış
Ankoricdə heç bir sənəd imzalanmayıb - Putin

Ankoricdə Ukrayna münaqişəsinin nizamlanması imkanları müzakirə olunub, lakin heç bir sənəd imzalanmayıb.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.


Putinin sözlərinə görə, Ankoricdə ABŞ nümayəndələri Rusiya tərəfinə hazırladıqları təklifləri təqdim ediblər, öz növbəsində Kreml rəhbəri həmin təkliflər əsasında kompromislərə getməyə hazır olduqlarını bildirib.


Qeyd edək ki, Vladimir Putin və Donald Tramp 15 avqust 2025-ci il tarixində Alyaskanın Ankoric şəhərində (Elmendorf-Riçardson Birgə Hərbi Bazasında) görüşüblər. Görüşdə Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər