Bu, Zelenskinin xilası olardı, amma imkan verməyəcəyik - Putin
Krımın enerji təchizatı məsələsi həll olunacaq, Rusiya quru və dəniz marşrutları ilə yanacaq tədarükünü artıracaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezident bildirib ki, hazırda yarımadada bir neçə günlük yanacaq ehtiyatı mövcuddur.
Putin qeyd edib ki, Rusiyada zədələnən bütün enerji obyektləri qısa müddətdə bərpa olunur:
"Kiyevdən döyüş əməliyyatlarının yalnız dörd ərazi – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri ilə məhdudlaşdırılması təklifləri səslənir.
Bu, Ukrayna Silahlı Qüvvələrinə digər istiqamətlərdəki bölmələrini həmin ərazilərə köçürməyə imkan verərdi. Şəxsi heyət çatışmazlığı şəraitində bu, Kiyev üçün xilas yolu olardı. Lakin Kiyev rejimini xilas etmək bizim planlarımıza daxil deyil.
Rusiya Silahlı Qüvvələrinin əsas vəzifəsi Donbas və Novorossiyanı tam azad etməkdir".