Digər
Ukraynanın məşhur briqada komandiri qəfil öldü
Ukrayna Silahlı Qüvvələrinin 154-cü mexanikləşdirilmiş briqadasının komandiri polkovnik Vladimir Kononnikov bazar günü, iyunun 28-də ölü tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Cənub" əməliyyat komandanlığına məlumat yayıb.
İlkin məlumatlara görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Ukrayna Silahlı Qüvvələrində Vladimir Kononnikov Ukraynaya sadiq zabit və briqadasının şəxsi heyətinə qayğı göstərən məsuliyyətli komandir kimi təsvir olunur.
Mənbə
axar.az