Digər
Çində güclü zəlzələ oldu
Çinin Sıçuan əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Yeraltı təkanların episentri təxminən 118 min əhalisi olan Xuçanq şəhərindən 311 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Mənbə
axar.az