Digər
Putin açıqladı: Dizel ixracına qadağa qoyulur!
Dizel yanacağı ixracına tamamilə qadağa qoyulması zərurəti nəzərdən keçirilir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Daxili istehlakçıların maraqları naminə benzin və reaktiv yanacaq ixracına müvəqqəti qadağa qoyulub. Dizel yanacağı ixracına tamamilə qadağa qoyulması zərurəti də nəzərdən keçirilir", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun NEZ-lərə kütləvi zərbələr endirməsi səbəbindən Rusiyanın bir çox regionunda yanacaq problemləri yaranıb.
Mənbə
axar.az