Digər
İrana zərbələr endirməyə davam edəcəyik - ABŞ
Tehran Hörmüz boğazında gəmiçilik axınını təhdid edərsə, ABŞ İranın hərbi infrastrukturunu hədəf almağa davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.
"Əgər İran rejimi Prezident Trampın İranın beynəlxalq gəmiçiliyə və bazalarımıza hücumuna cavab verməyəcəyini düşünürsə, yanılır. Lazım gələrsə, ABŞ onların beynəlxalq su yolunu qanunsuz şəkildə idarə etmək üçün istifadə etməyə çalışdıqları infrastrukturu hərbi baxımdan dağıtmağa davam edəcək”,- deyə o bildirib.
Uolts ABŞ və İran arasında texniki müzakirələrin davam etdiyini və Trampın həmişə diplomatiyaya şans verəcəyini, buna baxmayaraq, prezidentin səbrinin əbədi olmadığını vurğulayıb.
Mənbə
axar.az