Digər

Polşada tarixi temperatur rekordu qeydə alındı

28 Jun 2026, 20:51 2 baxış
Polşada tarixi temperatur rekordu qeydə alındı

Polşanın Torun şəhərində bu gün ölkə tarixi üçün ən yüksək temperatur qeydə alınıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Polşanın Meteorologiya və Su Təsərrüfatı İnstitutu məlumat yayıb.


Bildirilib ki, ölkənin şimalında yerləşən Torun şəhərində temperatur 40,3 dərəcəyə çataraq əvvəlki tarixi rekordu geridə qoyub.


Bundan əvvəlki rekord 1921-ci il iyunun 29-da Polşanın qərbində yerləşən Proşkuv şəhərində qeydə alınmışdı. Həmin vaxt havanın temperaturu 40,2 dərəcə olub.


Ekstremal isti hava ilə əlaqədar Polşada bazar günü ikinci və üçüncü təhlükə səviyyəsi elan edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər