Digər

İrandan Hörmüzlə bağlı açıqlama: 30 gün ərzində...

28 Jun 2026, 14:39 1 baxış
İrandan Hörmüzlə bağlı açıqlama: 30 gün ərzində...

Anlaşma memorandumuna əsasən, Hörmüz boğazı İranın qəbul etdiyi idarəetmə çərçivəsində və Tehran tərəfindən maneələr aradan qaldırıldıqdan sonra 30 gün ərzində müharibədən əvvəlki əməliyyat gücünə qayıdacaq.


Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.


“Bu tənzimləmələr hazırda həyata keçirilir və onlar üçün məsuliyyət yalnız İranın üzərinə düşür. Başqa heç bir qurum və ya ölkə bu məsələdə məsuliyyət daşımır. İran və ABŞ arasında imzalanmış anlaşma memorandumuna əsasən, bu məsələyə hər hansı müdaxilə və ya İran İslam Respublikası tərəfindən hazırda həyata keçirilən tənzimləmələrdən yeni və ya ayrı tənzimləmələr yaratmaq cəhdi vəziyyəti yalnız çətinləşdirəcək, Hörmüz boğazının yenidən açılmasını gecikdirəcək və gərginliyi artıracaq.


Son iki gecə ərzində şahidi olduğumuz kimi, Hörmüz boğazında baş verən hadisələr artıq gərginliyin və qarşıdurmaların artmasına səbəb olub. Bütün tərəfləri Hörmüz boğazının idarə olunmasına və ya İran tərəfindən yenidən açılması üçün görülən tənzimləmələrə müdaxilə etməməyə çağırıram.


Onlar imzalanmış anlaşma memorandumuna əməl etməli və onun nəzərdə tutulan kursdan yayınmasına imkan verməməlidirlər”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər