İqtisadiyyat
Satışda olan məhsullar istehlakı tam ödəmir: Balıq istehsalının artımı üçün HƏRƏKƏTƏ KEÇİLDİ - VİDEO
Ölkəmizin balıq bazarında mövsümi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, müxtəlif növ balıqların satışı davam edir. Hazırda bazarlarda satışa çıxarılan balıqların böyük əksəriyyəti xaricdən gətirilən və ya təsərrüfatlarda yetişdirilən məhsullardır. xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı videomaterialda bildirilib.
Bazarlarda alıcılara əsasən farel balığı təqdim olunur. Satıcıların sözlərinə görə, tələbatın bir hissəsini idxal olunan balıqlar təşkil edir. Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevin sözlərinə görə, ölkədə akvakultura məhsullarının illik istehsal həcmi təxminən 3500-4000 ton təşkil edir ki, bu da daxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır. Alıcılar seçim imkanlarının məhdud olduğunu bildirsələr də, bəziləri təqdim olunan məhsullardan razı qaldıqlarını qeyd edirlər. Satıcılar isə qiymətlərin balığın növündən, çəkisindən və mənşəyindən asılı olaraq dəyişdiyini vurğulayırlar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər