İqtisadiyyat

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

28 Jun 2026, 11:24 1 baxış
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər