Rusiya bu halda nüvə silahına əl ata bilər
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə məsələsi yalnız o halda gündəmə gələ bilər ki, Ukraynada Rusiya cəbhəsi çökməyə başlasın və Kreml rəhbəri öz hakimiyyətinin real təhlükə altında olduğuna qərar versin.
Axar.az xəbər verir ki, bunu keçmiş Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O izah edib ki, Ukrayna dronlarının və ya raketlərinin Moskvaya və ya Sankt-Peterburqa zərbələri səbəbindən Putinin dərhal nüvə silahına əl atacağından narahat olmağa dəyməz:
"Nüvə silahından istifadə məsələsi yalnız Ukraynada, o cümlədən Krımda Rusiya cəbhəsinin çökməsi başlayanda və Putin öz rejiminə real təhlükə yarandığı qənaətinə gələndə ortaya çıxacaq. Məhz həmin vaxt nüvə zərbəsi endirib-endirməmək məsələsi gündəmə gələcək".