Digər

Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı?

28 Jun 2026, 08:00 1 baxış
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı?

Rusiya vaxt keçdikcə hava hücumundan müdafiə (HHM) sistemləri çatışmazlığı ilə üzləşir. Həmçinin Moskvanın Ukraynadan fərqli olaraq bu silah itkilərini idxal hesabına kompensasiya etmək imkanları olduqca məhduddur.


Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksey Getman bildirib.


Getmanın sözlərinə görə, Rusiya hazırda ortamənzilli zenit-raket kompleksləri ilə bağlı çətinliklər yaşayır. Buna görə də ruslar S-400 və S-500 sistemlərindən istifadə etmək məcburiyyətində qalırlar.


O qeyd edib ki, ölkənin bütün hava hücumundan müdafiə sisteminin S-300-dən S-400-lə əvəzlənməsi uzun bir prosesdir. Çünki ölkə daxilində zenit-raket sistemlərini bir il ərzində tamamilə yeniləmək mümkün deyil.


Ekspert vurğulayıb ki, S-300 raketlərinin çatışmazlığına səbəb elə rusların özüdür. Belə ki, müharibənin ilk illərində bu raketlər Ukraynada yerüstü hədəflərə qarşı geniş istifadə edilib, lakin müharibənin beşinci ilində artıq məlum olub ki, həmin raketlər hətta hava məkanının qorunması üçün belə çatmır.

Mənbə axar.az

Oxşar Xəbərlər