Digər

Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri

28 Jun 2026, 02:03 2 baxış
Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri

Xalq təbabətində bitkilərin yalnız kökü və meyvəsi deyil, yarpaqları da geniş istifadə olunub. Bir çox mədəniyyətdə yarpaqlar “təbii aptek” kimi dəyərləndirilib.


Bəs, hansı ağacların və bitkilərin yarpaqları daha şəfavericidir?


Axar.az Medicina.az-a istinadən şəfalı yarpaqları təqdim edir:


Üzüm yarpağı – iltihab və ağrılar üçün kompreslərdə;


Qoz yarpağı – dəridə və yaralarda təbii antiseptik kimi;


Nanə yarpağı – mədə və həzm problemlərində;


Zeytun yarpağı – immunitet və ümumi zəiflikdə;


Dəfnə yarpağı – bədəndə “təmizləyici” təsir üçün çay kimi.


Necə istifadə olunurdu?


Ən çox 3 üsul var:


Çay (dəmləmə) – daxili orqanlar üçün


Kompress – ağrı və şişkinliklərdə


Tüstüləmə/buxar – nəfəs və sinus problemlərində


Keçmişdə insanlar inanırdı ki, yarpaqlar yalnız bədəni yox, “enerjini də təmizləyir”. Buna görə bəzi evlərdə qurudulmuş yarpaqlar xüsusi yerlərdə saxlanırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər