Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir
Almaniyada 2027-ci ilə qədər bütün kişilər üçün məcburi hərbi xidmətin bərpası ehtimalı müzakirə olunur.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri, Xristian-Demokrat İttifaqının üzvü Tomas Rövekamp məlumat yayıb.
Onun sözlərinə görə, əgər orduya şəxsi heyət cəlbi yalnız könüllü sistemlə tələb olunan səviyyəyə çatmasa, ölkə məcburi hərbi xidmətə qayıtmağa məcbur olacaq:
“Əgər bu hədəflərə könüllü xidmətlə nail ola bilməsək, məcburi hərbi xidmətə qayıtmalı olacağıq. Qərar gələn ilin iyulun 31-dək qəbul edilməlidir. Bu tarixdə hərbi xidmətlə bağlı mövcud qanunvericilik qüvvəyə minəcək”.
Qeyd edək ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə dayandırılıb. Ukraynada müharibədən sonra Avropada təhlükəsizlik vəziyyətinin dəyişməsi fonunda Berlin müdafiə siyasətinə yenidən baxır və ehtiyat qüvvələrin artırılması istiqamətində addımlar atır. Almaniya hökuməti ordunun sayını təxminən 185 mindən 260 min nəfərə çatdırmağı planlaşdırır.