Digər
Hava məkanımızı özümüz qorumalıyıq - Vuçiç
Biz mümkün qədər sürətlə inkişaf etməliyik. Avqust ayından etibarən Serbiyada robot istehsalına başlayacağıq. Məlumat mərkəzləri yaratmalı, enerji sisteminin, qaz və su elektrik stansiyalarının, eləcə də kiçik və böyük atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etməliyik.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
“Çünki elektrik enerjisi ən vacib resursa çevriləcək. Hər bir vasitə ilə hərbi neytrallığımızı qorumalıyıq. Hava məkanımızı hansısa xarici ordunun deyil, özümüzün qorumasını istəyirik. Çünki bu, azadlıqdır", - deyə Vuçiç bildirib.
Mənbə
axar.az