Digər

İranda inflyasiya rekord həddə çatdı

27 Jun 2026, 21:53 2 baxış
İranda inflyasiya rekord həddə çatdı

İranda illik inflyasiya iyun ayında 88,6%-ə yüksələrək yeni rekord müəyyən edib.


Axar.az xəbər verir ki, bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.


“22 may–21 iyun ərzində ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Çörək və dənli bitkilər 138,8%, süd, pendir və yumurta 151,9%, qırmızı ət və quş əti isə 178,2% bahalaşıb. Fevral ayında inflyasiya 68%, 2025-ci ilin dekabrında isə 52,6% təşkil edirdi.


Kənd yerlərində vəziyyət daha ağırdır – illik inflyasiya 108,1%-ə yüksəlib. 11 vilayətdə qiymət artımı 100%-i keçib. Ən yüksək inflyasiya İlam (114,7%), Kürdüstan (111,7%) və Loristan (109,8%) vilayətlərində qeydə alınıb”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər