Digər
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
Fransada günlərdir hökm sürən isti hava dalğası səbəbindən 109 nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, isti hava 30 nəfərin infarkt keçirməsinə səbəb olub. Digər tərəfdən, ictimai yerlərdə və evlərdə isti havanın təsirindən insanlar xəstəxanaya müraciət edib.
Məlumata görə, hazırda ölkədə narıncı həyəcan siqnalı elan edilib.
Mənbə
axar.az