Cəmiyyət
Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa çatmayıb.
Axar.az xəbər verir ki, bu səbəbdən hazırda sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər.
Bəs görəsən, bu körpü nə zaman təmir olunacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, körpünün dayaqları artıq quraşdırılıb:
"Yaxın müddətdə körpünün tam olaraq inşa edilib istifadəyə verilməsi tərəfimizdən planlaşdırılır".
Mənbə
axar.az