Tramp Hindistana gedəcək, məqsəd budur - Rubio
ABŞ administrasiyası Prezident Donald Trampın Hindistana səfərinə hazırlıq işləri aparır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, səfərin gələn ilin əvvəlində baş tutacağı gözlənilir:
“Donald Trampın səfərindən əvvəl onun özünün Hindistana səfəri planlaşdırılır. Məqsəd gələcək görüşün gündəliyinin əsas məqamlarını razılaşdırmaq və ikitərəfli razılaşmaların icrasını sürətləndirməkdir. ABŞ və Hindistan hazırda ticarət sazişinin imzalanmasına doğru fəal şəkildə irəliləyir. Bu sənəd iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Saziş üzrə danışıqlar irəliləyiş mərhələsindədir və konstruktiv xarakter daşıyır. Vaşinqton Hindistanla münasibətləri sabit və strateji əhəmiyyətli hesab edir. İkitərəfli əməkdaşlıq əsasən ticarət, investisiyalar və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edir”.