Cəmiyyət

Əks zolağa çıxan sərnişin avtobusu qəza vəziyyəti yaratdı - ANBAAN VİDEO

27 Jun 2026, 18:02 1 baxış
Əks zolağa çıxan sərnişin avtobusu qəza vəziyyəti yaratdı - ANBAAN VİDEO
Bakıda sərnişin avtobusunun sürücüsü təhlükəli ötmə əməliyyatı etməklə digər hərəkət iştirakçılarının həyatını riskə atıb. Oxu.Az-ın qaynar xəttinə müraciət edən sürücünün sözlərinə görə, hadisə Zığ şosesində qeydə alınıb.

Bildirilib ki, 103 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü qarşısında olan avtobusu ötmək üçün əks hərəkət zolağına çıxıb. Bu zaman qarşı istiqamətdən avtomobillərin gəlməsinə baxmayaraq təhlükəli manevrini davam etdirib. "Maşında ailəmlə birlikdə idim. Qəzadan son anda yayına bildim. Bu cür məsuliyyətsiz sürücülərə qarşı tədbir görülməlidir", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı aidiyyəti quruma informasiya sorğusu göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər