Digər

ABŞ-da fəlakət: 6 gündür yanğını söndürmək olmur - Video

27 Jun 2026, 16:17 2 baxış
ABŞ-da fəlakət: 6 gündür yanğını söndürmək olmur - Video

ABŞ-ın Yuta ştatında meşə yanğınlarının artıq altıncı gündür ki qarşısını almaq mümkün olmur.


Axar.az xəbər verir ki, bu barədə "AP Nyus" məlumat yayıb.


Bildirilib ki, fəlakət bölgəsində alovla mübarizə aparmaq üçün hazırda 1 000-dən artıq yanğınsöndürən cəlb edilib.


Məlumata görə, yanğın bazar ertəsi Yuta ştatının Kottonvud şəhərinin yaxınlığında başlayıb və artıq 29 min hektarı əhatə edir. İsti hava və güclü külək səbəbindən alov sürətlə yayılır. Ərazidə təxliyə elan olunub.


Qeyd edək ki, yanğına insan amilinın səbəb olduğu deyilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu, Yuta ştatının tarixində qeydə alınan ən genişmiqyaslı meşə yanğını olaraq tarixə düşə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər