Digər
Rusiya və Ukrayna arasında girov mübadiləsi oldu
Rusiya və Ukrayna arasında girovların mübadiləsi olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova bildirib.
O, Ukrayna ilə girovların mübadiləsinin həyata keçirildiyini söyləyib.
Bildirib ki, Rusiyanın 7 vətəndaşı Ukraynadan geri qaytarılıb. Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sucadan olan bir qadın, digər ikisi isə digər regionların sakinləri olub.
Lantratova yeddi girovun da Ukraynaya qaytarıldığını əlavə edib.
Qeyd edək ki, dünən Rusiya ilə Ukrayna arasında 160-ın 160-a formatında hərbi əsir mübadiləsi olub.
Mənbə
axar.az