Digər

Rusiya: Tərəfdaşlarımız sanksiyalara məcburən qoşulur

27 Jun 2026, 14:05 3 baxış
Rusiya: Tərəfdaşlarımız sanksiyalara məcburən qoşulur

Rusiyanın xarici ticarət tərəfdaşları Qərbin tətbiq etdiyi antirusiya sanksiyalarına çox vaxt öz istəkləri ilə deyil, mövcud iqtisadi mexanizmlərdən asılı olduqları üçün əməl etmək məcburiyyətində qalırlar. Moskva hesab edir ki, bu vəziyyət həmin ölkələrin öz inkişafına da mənfi təsir göstərir.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Trofimov bildirib.


Onun sözlərinə görə, Qərbin tətbiq etdiyi sanksiyaların effektivliyi Rusiyanın xarici ticarət tərəfdaşlarının tarixən qərbmərkəzli iqtisadi sistemə dərin inteqrasiyası olmasaydı, demək olar ki, sıfra bərabər olardı.


Trofimov qeyd edib ki, bir çox ölkə mövcud qayda və standartlara riayət etməyə məcbur olur, hətta bu, bəzən onların öz iqtisadi inkişafına zərər vurur.

Mənbə axar.az

Oxşar Xəbərlər