Tramp keçmiş müşavirini "dəli" adlandırdı - Foto
ABŞ Prezidenti Donald Tramp məhkəmənin məxfi məlumatlarla düzgün işləməməkdə təqsirini etiraf edən milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton barədə sərt hökm çıxaracağını gözləyir.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib.
"ABŞ-ın son dərəcə axmaq, qeyri-sabit və səriştəsiz keçmiş nümayəndəsi Con Bolton özünü təqsirli bildi! O, dəhşətli insandır, yalnız nifaq və müharibələr salmaq istəyən və hara getsə, orada ölüm və dağıntını məsuliyyətsiz şəkildə yayan dəlidir. Ümid edirəm ki, onunla sərt davranacaqlar! Prezident Donald Tramp", - deyə ABŞ prezidenti paylaşımda yazıb.
Xatırladaq ki, Con Bolton iyunun 26-da Vaşinqton məhkəməsində dövlət sirrini ehtiva edən məxfi məlumatlarla düzgün davranmamaqda təqsirli olduğunu etiraf edib. Daha əvvəl o, istintaqla razılaşma əldə etmiş və bu çərçivədə ona qarşı irəli sürülən ittihamların bir epizodu ilə, eləcə də iki milyon dollardan çox cərimə ödəməsi ilə razılaşmışdı. Boltonun hökmü oktyabrın 28-də elan ediləcək. Prezidentin keçmiş müşavirinə beş ilə qədər həbs cəzası verilə bilər.